İdman

“Kəpəz” Nizami Yurduna qayıdır: Gəncədə daha bir meydança salınır

Azərbaycan Premyer Liqasının son pilləsində qərarlaşan “Kəpəz” rəhbərliyi qış fasiləsində yaranan xoşagəlməz vəziyyəti aradan qaldırmaq üçün işlər görəcək.

İdmanxeber.com-un əldə etdiyi məlumata görə, rəhbərliyin ilk hədəfi komandanı Gəncədə məskunlaşdırmaqdı. Buna əsas səbəb  “sarı göylər”in hər oyundan 1 gün əvvəl doğma yurda gəlməsi, bununla belə futbolçuların özlərini səfərdə hiss etməsidi. Klubun yeni baş məşqçisi Yunis Hüseynov da “Kəpəz”in Gəncədə qalmasının tərəfdarıdı. Bunun üçün artıq ilk addımlar da atılıb. Belə ki, “Dalğa Arena”dan gətirilən suni örtüyün Gəncə şəhər stadionunun məşq meydançasına döşənməsi prossesinə start verilib və yaxın günlərdə işlər yekunlaşacaq.  Lakin rəhbərlik 1 məşq meydançası ilə kifayətlənmək barədə düşünmür. Ərazidə xeyli yerin boş qalacağını düşünən rəhbərlik, daha bir meydança salmağı planlaşdırır, özü də təbii otdan. Təbii ki, nisbətən kiçik ölçülü. 

Ötən günlərdə “Dinamo” Kirovabadın SSRİ Çempionatının Yüksək Liqasına vəsiqə qazanmasının 50 illiyi münasibətilə təşkil olunan yubiley mərasiminə qatılan Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev də, müsbət danışıb. Klubun Müşahidə Şurasının sədri, Elmir Vəliyevin atası, klubun bazasının təmiri ilə bağlı ciddi işlərin görüləcəyini söyləyib.

 Nizami Yurdunun təmsilçisi Premyer Liqada mükafatçılar sırasına düşməkdən və Avropa Liqasına vəsiqə verən yerlərdən əlini üzdüyündən kubok matçlarını çox önəmsəyir. Bu səbəbdən klub “Keşlə” ilə matça çox ciddi hazırlaşır. Yunis Hüseynovun yetirmələri heç də yaxşı günlərini yaşamayan “Keşlə”ni mübarizədən kənarlaşdıracağına ümid edir. Belə olacağı təqdirdə, komandanın yarımmfinal matçı qışdan sonraya, yəni aprelə təsadüf edir. Həmin vaxta qədər isə Gəncə klubu heyətinə nisbətən gücləndirməyi, lazım olmayan futbolçuları komandadan gönərməyi düşünür. Bununla da “Kəpəz”in Azərbaycan kubokunda finala çıxmaq haqda ümidləri “cücərmiş” olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43