Premyer Liqa

“Kəpəz” “Qəbələ” üçün hazırlaşır

Azərbaycan Premyer Liqasının XX turunda Gəncə şəhər stadionunda “Qəbələ”ni qəbul edəcək “Kəpəz” bu gündən qarşıdakı matçın hazırlıqlarına başlayıb.

İdmanxeber.com-un məlumatına görə, komanda Bakıda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının meydançasında məşq edir.  “Sarı-göylər” fevralın 26-na kimi eyni məkanda çalışacaq.

Qeyd edək ki, “Kəpəz” – “Qəbələ” matçı fevralın 28-də baş tutacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43