İyulun 5-dən təlim-məşq toplanışına start verən “Kəpəz”in əvəzedici komandası yoxlama oyununda qüvvəsini sınayıb.
İdmanxeber.com-un məlumatına görə, əvəzedicilər bu gün Qəbələdə eyni adlı klubun “dubl”u ilə qarşılaşıb. Oyun ev sahibi olan komandanın qələbəsi ilə yekunlaşıb – 3:1.