İdman

“Kəpəz” rəsmisi: “Bu bizim günahımız deyildi”

“Audit yoxlaması ilə bağlı hələlik yekun qərar verilməyib. Biz də gözləyirik, cavabları nə olacaq?”

İdmanxeber.com-a açıqlamasında bu sözləri “Kəpəz”in icraçı-direktoru Cabir İbrahimov deyib. İbrahimov kluba yeni təyin olunan, lakin təyinatı hələ də rəsmiləşməyən İslam Abbasovun məsələsi barədə də danışıb: “İslam müəllimin təyinatını hələ ötən həftə gözləyirdik. Ancaq bir xəbər çıxmayıb. İnşallah, yaxın günlərdə bütün məsələlər öz həllini tapacaq”.

Azərbaycan Premyer Liqasının 12-ci turu çərçivəsində evdə “Səbail”lə qarşılaşacaq “sarı-göylər”in rəsmisi ot örtüyü ilə bağlı heç bir problemin olmadığını da dilə gətirib: “Ötən həftə “Qarabağ”la oyunda ot örtüyünün sulanmamasına görə cərimələndik. Halbuki bu bizim günahımız deyildi. Çünki ot örtüyünə nəzarət edənlər, bizim işçilərimiz deyildi. Lazımı işlər görülüb, “Səbail”i məğlub etməyi düşünürük”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43