Ölkə futbolu

“Kəpəz” tam hazırdır

Azərbaycan Premyer Liqasının yeni mövsümünün ilk turunda bu gün Bakıda “Qəbələ” ilə qarşılaşacaq “Kəpəz” qarşıdakı matçın hazırlığını bu gün başa vurub. 

İdmanxeber.com-un məlumatına görə, oyunun keçiriləcəyi “Dalğa Arena”da reallaşan sonuncu məşq 45 dəqiqə davam edib.  

Oyun öncəsi olduğundan hazırlıq prosesi yüngül xarakter daşıyıb. Toplu hərəkətlərlə başlayan məşq “kvadrat”la davam edib. Daha sonra taktiki hazırlıq üzərində işləyən futbolçular fərdi çalışmalarla məşqi yekunlaşdırıblar.

Sonda qeyd edək ki, komandanın heyətində zədəli futbolçu yoxdur. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43