Premyer Liqa

“Kəpəz” təlim-məşq toplanışında dəyişiklik edib

"Kəpəz" Premyer Liqada yaranacaq qış fasiləsi zamanı təlim-məşq toplanışı üçün xarici ölkəyə getməyəcək.
 
İdmanxeber.com-un məlumatına görə, Gəncə şəhərinin təmsilçisi əvvəlcədən hazırlıq üçün Gürcüstana getməyi nəzərdə tutsa da, qonşu ölkədə liqanın gec başlaması buna mane olub. Sonda isə "Kəpəz" Bakıda hazırlıq keçməyi qərara alıb.

Hazırlıq prosesi isə yanvarın 8-dən 18-dək olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43