Ölkə futbolu

“Kəpəz” turu Moldovada keçdi (YENİLƏNİB)


Bu gün Avropa Liqasında I təsnifat mərhələsinin cavab görüşləri keçiriləcək.

İdmanxeber.com-un məlumatına görə, təmsilçilərimizdən "Kəpəz" Moldovada "Daçiya"nın qonağı olacaq.

Bakıda baş tutan ilk matçda qolsuz bərabərlik qeydə alındığından Moldovadakı oyunda istənilən qollu heç-heçə Gəncə təmsilçisinin tur adlamasına yardımcı olacaq. 

17 ildi Avropa Liqasında qol vura bilməyən Şahin Diniyevin komandası həm də bu turnirdə keçirdiyi səfər matçlarının hamısından məğlub olub.

Avropa Liqası

I təsnifat mərhələsi

Cavab oyunları

7 iyul

19:00. “Daçiya” (Moldova) 0–1 “Kəpəz” (Azərbaycan)
Qol: Dairo 56.

Baş hakim: Laşa Silaqava

Baş hakimin köməkçiləri: Zaza Menteşaşvili, Levan Todria

Dördüncü hakim: Qoqa Kikaçeişvili (hamısı Gürcüstan)

Hakim-inspektor: İçko Lozev (Bolqarıstan)

UEFA nümayəndəsi: Tammo Beishuizen (Hollandiya)

Speya. “Speya” stadionu

İlk oyun – 0:0

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43