Kateqoriyasız

“Kəpəz” və “Sumqayıt” yeni futbolçularını sifariş etdi

“Sumqayıt” və “Kəpəz” yeni transfer etdikləri futbolçuları Peşəkar Futbol Liqasına təqdim etdiyi iştirak ərizəsinə əlavə etdirib.

İdmanxeber.com-un məlumatına görə, PFL-də qeydiyyatdan keçirilən yeni üç futbolçudan ikisi sumqayıtlıların, biri isə gəncəlilərin yeni transferidir. Belə ki, “Sumqayıt” Amil Yunanovla Mirzağa Hüseynpuru sifariş ərizəsinə daxil edibsə, “Kəpəz” kamerunlu futbolçu Julien Tobie Ebahı sifariş edib.  Belə ki, bu futbolçular bu gün keçiriləcək “Kəpəz” – “Sumqayıt” matçında iştirak edə biləcək.

Qeyd edək ki, qarşılaşma saat 16:00-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43