Ölkə futbolu

“Kəpəz” Vüqar Bəybalayevlə bağlı bəyanat yaydı

“Kəpəz” qalmaqallı şəkildə “Sumqayıt”a transfer olunan Vüqar Bəybalayevlə bağlı bəyanat yayıb.

İdmanxeber.com həmin bəyanatı təqdim edir:

“Yeni mövsüm öncəsi transfer işləri çərçivəsində “Kəpəz”in əsas komandasının baş məşqçisi Şahin Diniyevin məlumatı əsasında Gəncə klubunun Vüqar Bəybalayev ilə razılığa gəlməsi haqda klub saytında xəbər vermişdik. Yarımmüdafiəçi baş məşqçi ilə danışıqlarda komandada daha bir il qalması barədə şifahi razılıq vermişdi. Lakin sonradan kluba müraciət edən Bəybalayev “Sumqayıt”a keçmək istədiyini bildirmiş və onun istəyi rəhbərlik tərəfindən qəbul edilmişdir. Oxucularımızdan bunu nəzərə almalarını xahiş edirik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43