İdman

“Kəpəz” “Zirə” oyunundan sonra Gəncədə məskunlaşacaq! – Yunis Hüseynov təsdiqlədi

Azərbaycan Premyer Liqasının  təqviminə uyğun olaraq ardıcıl 3 oyununu doğma meydanda keçirəcək “Kəpəz”, bu qarşılaşmalar ərəfəsində Gəncədə məskunlaşmaq niyyətindədi.

 İdmanxeber.com-un əməkdaşı ilə söhbətində xəbəri təsdiqləyən “sarı göylər”in baş məşqçisi Yunis Hüseynov belə bir düşüncələrinin olduğunu söyləyib. Təcrübəli mütəxəssis “Zirə” ilə matçdan sonra Bakıya qayıtmaq istəmədiklərini bildirdi: “Əvvəlcə istəyirdik ki, “Qəbələ” ilə qarşılaşmadan 3 gün öncə Gəncəyə gələk və futbolçular şəhəri hiss etsinlər. Ardıcıl öz meydançamızda məşq edək. Ancaq müəyyən səbəblərə görə alınmadı. Ümid edirəm ki, bu dəfə istəyimiz həyata keçər. Bilirsiniz, ardıcıl olaraq “Zirə”, “Keşlə” və “Qarabağ” komandalarını öz evimizdə qəbul edəcəyik. Oyundan sonra Bakıya qayıtmaqdansa, Gəncədə qalarıq. Həmin ərəfədə “Kəpəz”i Nizami Yurduna köçürməyi düşünürük”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43