Premyer Liqa

“Kəpəz” “Zirə”yə , “Keşlə” “Qarabağ”a uduzmadı – YENİLƏNİB

Bu gün Azərbaycan Premyer Liqasında fasilə başa çatır.

İdmanxeber.com-un məlumatına görə, XXI tur bu gün 2 oyunla start götürəcək.

Günün ilk oyunu Gəncədə olacaq. Burada “Kəpəz” “Zirə”ni qonaq edəcək.

Gəncə klubu autsayderlər mövqeyindən uzaqlaşmaq üçün qələbə qazanmaq istəyirsə, “Zirə” “qara zolaq”dan çıxmaq üçün bu səfərdən 3 xal qazanmağa borcludu.

Günün digər oyunu isə “Azersun Arena”da olacaq. Lider “Qarabağ” “Keşlə”ni sınağa çəkəcək.

Turun digər matçları isə sabah keçiriləcək.

Azərbaycan Premyer Liqası

XXI tur

1 aprel (bazar)

15:00. “Kəpəz” – “Zirə” 0:0

Hakimlər: Rəhim Həsənov, Elman Musayev, Cavanşir Yusifov, Əliyar Ağayev

AFFA nümayəndəsi: Məmmədəli Məmmədov

Hakim-inspektor: Fazil Mürşüdov

Gəncə şəhər stadionu

18:30. “Qarabağ” – “Keşlə” 1:1
Qol: Slavik Alxasov, 34 (0:1), Riçard Almeyda, 57 (1:1)

Hakimlər: Orxan Məmmədov, Knyaz Əmiraslanov, Vüsal Qənbərov, Elvin Əsgərov

AFFA nümayəndəsi: Ramiz Abdullayev

Hakim-inspektor: Füzuli Nəcəfov

“Azərsun Arena”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43