Ölkə futbolu

“Kəpəz”də 3 legioner

Türkiyədə hazırlıqlarını davam etdirən “Kəpəz”ə daha üç futbolçu qoşulub.

İdmanxeber.com-un məlumatına görə, Ərzumdakı hazırlıq prosesində Nigeriyadan olan Oseqheyl Laki Viktor,  Malidən Dialo Samba və Braziliyadan Ferreyra Das Çaqas Dedimar iştirak edir.

1992-ci il təvəllüdlü Dedimar müdafiəçi, 1995-ci il təvəllüdlü Laki hücumçu və 1994-cü il təvəllüdlü Samba yarımmüdafiəçidir.

“Kəpəz”ə menecerlər tərəfindən təklif olunan hər üç futbolçunu komandanın baş məşqçisi Şahin Diniyev iki ay müddətində yaxından izləyib və onlar haqda müsbət qərar verilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43