Dünya futbolu

“Kəpəz”də 3 yeni müqavilə

“Kəpəz” daha 3 futbolçu ilə yeni müqavilə imzalayıb.

Klub saytının yaydığı məumata görə, yarımmüdafiəçilər Vüqar Bəybalayev, Ceyhun Cavadov və hücumçu Tural Rzayev ilə müqavilənin müddəti uzadılıb. Onlar gələn mövsümdə də “sarı-göylər”in şərəfini qoruyacaqlar.

“Kəpəz” bundan əvvəl qapıçı Davud Kərimi, müdafiəçilər Şəhriyar Rəhimov, Şəhriyar Əliyev, Novruz Məmmədov, Azad Kərimov, yarımmüdafiəçilər Kərim Diniyev və Orxan Əliyevlə müqavilənin müddətini artırıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43