Ölkə futbolu

“Kəpəz”də biri getdi, ikisi gəldi

Azərbaycan Premyer Liqasında “Zirə” ilə oyunun sonlarında zədələnən Şəhriyar Əliyevin durumuna aydınlıq gəlib.

İdmanxeber.com-un məlumatına görə, müayinədən keçən müdafiəçiyə sol çiyin qurşağının ikinci dərəcəli bağ gərilməsi diaqnozu qoyulub. Klubun tibb personalından kapazpfc.az saytına verilən məlumata görə, Əliyevin müalicəsi davam etdirilir. Futbolçu zədəsi səbəbindən “Sumqayıt” ilə görüşdə iştirak edə bilməyəcək. Onun həftəsonu “Qarabağ” ilə oyuna kimi hazır olacağı gözlənilir.

Komandanın digər zədəli oyunçuları Tural Axundov ilə Azad Kərimov isə artıq sıraya dönüb. Ötən tur “Zirə” ilə görüşü buraxan futbolçular bu gün komanda ilə birgə məşqlərə qoşulublar.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43