Ölkə futbolu

“Kəpəz”də ciddi itkilər

Azərbaycan Premyer Liqasının II turu çərçivəsində öz meydanında “Zirə” ilə qarşılaşacaq “Kəpəz” sözügedən qarşılaşmaya ciddi itkilərlə çıxacaq.

İdmanxeber.com-un məlumatına görə, Şəhriyar Əliyev “Neftçi” ilə oyunda qırmızı vərəqə aldığından bu matçı buraxacaqsa Budaq Nəsirov, Juninyo və Dario Silva zədə səbəbindən meydana çıxa bilməyəcəklər.

Qeyd edək ki, “Kəpəz” – “Zirə” matçı 16 avqust saat 18:30-da start götürəcək. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43