Ölkə futbolu

“Kəpəz”də itkilər

Premyer Liqanın X turunda səfərdə “Zirə” ilə qarşılaşacaq “Kəpəz” oyunun hazırlıqlarını Bakıda davam etdirir.

İdmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, komanda öncəsi son məşqinə bu gün saat 17:30-da çıxacaq.

Matçın keçiriləcəyi Zirə İdman Kompleksinin stadionuna getməyə ehtiyac duymayan komanda “Dalğa Arena”nın süni örtüklü meydançasında məşq edəcək.

Sabahkı görüşdə zədəsi sağalmayan müdafiəçi Şəhriyar Əliyev ilə yarımmüdafiəçi Dario Frederiko “sarı-göylər”ə kömək edə bilməyəcək. Bu günlərdə qrup halında məşqlərə qoşulan Vüqar Bəybalayev isə tam hazır olmadığından oynamayacaq. Heyətdəki itkilər səbəbindən əvəzedici komandadan bir neçə futbolçu əsas komandaya çağırılacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43