Kateqoriyasız

“Kəpəz”də Müşahidə Şurası yaradıldı: İcra başçısının oğlu klub rəhbəri oldu

Bu gün “Kəpəz” klubunun Müşahidə Şurasının ilk iclası keçirilib. Məlumatı AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi, Mikayıl Nərimanoğlu “facebook” hesabında verib.

Toplantıda Müşahidə Şurasının üzvləri təsdiq olunub.

Qərara əsasən, Müzəffər Qasımov (futbol veteranı),  Xanlar Fətiyev (Gəncə Avtomobil zavodu İstehsalat Birliyinin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı), Elmir Vəliyev  (“Gəncə Avropa Gənclər paytaxtı 2016” İctimai Birliyinin sədri), Mikayıl Quluyev (AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi, Əməkdar jurnalist),  Sərxan Babayev (“DET-AL  Alüminium” MMC-nin  baş direktoru), Namiq Məmmədov (“Gəncə şərab-2” ASC-nin Müşahidə Şurasının sədri), Müşfiq Cəfərov (Gəncə şəhər Gənclər və İdman Baş idarəsinin rəisi) Şuranın üzvləri,  “Gəncə Avropa Gənclər paytaxtı 2016” İctimai Birliyinin sədri Elmir Vəliyev isə “Kəpəz” Peşəkar Futbol Klubunun Müşahidə Şurasının sədri seçilib.

E.Vəliyev Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin oğludu.

AFFA-nın Məşqçilər Komitəsinin üzvü Şahin Diniyev isə klubun baş məşqçisi vəzifəsinə təsdiqlənib.

“Kəpəz”in prezidenti Mehman Allahverdiyev isə klubun icraçı direktoru təyin olunub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43