İdman

“Kəpəz”ə Cənubi Koreyalı rəqib

“Kəpəz”in Türkiyə toplanışı müddətində yoxlama oyunu keçirəcəyi sonuncu rəqibi məlum olub.
İdmanxeber.com-un klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, Gəncə təmsilçisi Antalyada Cənubi Koreyanın “Tedjon Sitizen” komandası ilə qarşılaşacaq. Oyun yanvarın 25-də keçiriləcək.
Xatırladaq ki, “Kəpəz” qardaş ölkədə dörd yoxlama görüşündə qüvvəsini sınayacaq. “Sarı-göylər” asiyalılarla yanaşı, yanvarın 22-də “Viitorul” (Konstanta, Rumıniya), 28-də “Yagelloniya” (Belostok, Polşa) və 31-də “Spartak” (Subotiça, Serbiya) klubları ilə qarşılaşacaq.

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43