İdman

“Kəpəz”ə lazım olmayan futbolçuların gedəcəyi vaxt artıq bəllidi: İngilis oyunçu gəlir – ÖZƏL

“Kəpəz”in baş məşqçisi Yunis Hüseynovun komandada apardığı “təmizləmə” işlərinin yekunlaşacağı tarix bəlli olub.

İdmanxeber.com-un əldə etdiyi məlumata görə, dekabr ayının son günü komandadan ayrılacaq futbolçuların hər biri bəlli olacaq. Komandaya gətirmək istədiyi futbolçularla danışıqların müsbət yekunlaşmasını gözləyən Yunis Hüseynovun maraq dairəində bir çox legioner oyunçu var. Baş məşqçinin Braziliyalı, Ukraynalı və İngiltərəli futbolçu ilə danışıqlar apardığını bildirək. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43