Kateqoriyasız

“Kəpəz”ə məğlubiyyət faciədən də betərdir”

“Əlbəttə, qalib gəlmək istəyirdik. İlk yarıda qol vəziyyətlərimiz var idi. Amma qol buraxdıq. Bu, komandamıza ciddi ziyan vurdu. Nəticədə “Kəpəz” mərhələyə keçdi”. 

İdmanxeber.com-un məlumatına görə, bunu Moldova “Daçiya”sının məşqçisi Vyaçevlav Semyonov “Kəpəz”ə 0:1 hesabı ilə uduzaraq, Avropa Liqasında mübarizəni dayandırdıqları I təsnifat mərhələsinin cavab görüşündən sonra deyib. Onun fikrincə, “Kəpəz” öz qapısını təhlükəsizliyinin qorumağın qayğısına qalıb. “Daçiya” isə daha çox hücum edib. Semyonov təkcə qapıçını günahlandırmağın düzgün olmadığını bildirib: “Hamı səhv edir. Bu gün də hamımız səhv etdik”. Semyonov onu da bildirib ki, bu məğlubiyyət faciədən də betərdir.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43