Ölkə futbolu

“Kəpəz”in baş məşqçisi istefa verdi

"Kəpəz"in baş məşqçisi Vidadi Rzayev istefa verib.

O, futbol üzrə Azərbaycan 1-ci divizionu çərçivəsində bu gün baş tutan 10-cu turun "Lokomotiv"lə oyunundan sonra postundan getdiyini açıqlayıb.

Qeyd edək ki, bu qarşılaşma "Kəpəz"in 2:3 hesablı məğlubiyyəti ilə başa çatıb. Oyun başa çatdıqdan sonra isə gənc mütəxəssis saytımıza açıqlamasında postundan getdiyini təsdiqləyib: "Bu, mənim "Kəpəz"dəki son oyunum idi. İstefa ərizəmi rəhbərliyə təqdim edib, vəzifəmdən getdiyimi bildirəcəm".

Maraq üçün bildirək ki, Gəncə klubu geridə qalan 10 oyundan yalnız 2-də qələbə qazanıb, 2 görüşdə də heç-heçəyə nail olub. Qalan 6 qarşılaşma isə komandanın məğlubiyyəti ilə bitib.

futbolinfo.az

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43