Ölkə futbolu

“Kəpəz”in futbolçuları Azərbaycana gələ bilmir

“Komanda artıq toplaşıb və bu gündən etibarən məşqlərə start veriləcək. Bu gün komanda Mərdəkan qəsəbəsindəki AFFA Futbol Mərkəzinin ərazisində inşa edilmiş Milli Komandaların Təlim-Məşq Bazasında məşqlərə başlayacaq. Təlim-məşq toplanışına isə yanvarın 13-dən sonra start veriləcək”.

Bu sözləri idmanxeber.com saytına açıqlamasında “Kəpəz” klubunun Mətbuat Xidmətinin rəhbəri Azad Mustafayev deyib.Komandanın heyətində zədəli futbolçuların olmadığını deyən Azad bəy 2 futbolçularının hələ komandaya qoşula bilmədiyini vurğulayıb.

“Heyətimizdə zədəli futbolçular yoxdur. Bu günkü məşqdə isə tam heyətlə çıxa bilməyəcəyik. Çünki Türkiyədəki əlverişsiz hava şəraiti ilə əlaqədər Renan Alveş və Dario Frederiko İstanbulda qalıb və hələ ki, Azərbaycana gələ bilmirlər. Onlar ya bu gün, ya da sabah Azərbaycana gələcəklər”.

Komandanın heyətinə yeni futbolçuların cəlb olunacağı ilə bağlı sualımıza isə Azad bəy belə cavab vedi:

“Hələ ki, transfer etmək fikrimiz yoxdur. Komandanın baş məşqçisi Şahin Diniyev də dəfələrlə açıqlamalarında bildirib ki, klubun büdcəsinə uyğun hərəkət edəcəyik. Komandanın heyətinə yeni futbolçuların cəlb olunacağı təqdirdə ictimaiyyətə bu barədə məlumat veriləcək”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43