• Ana səhifə
  • Ölkə futbolu
  • “Kəpəz”in futbolçusu: “Qarşıdakı mövsümdə azarkeşləri sevindirməyə çalışacağıq”
Ölkə futbolu

“Kəpəz”in futbolçusu: “Qarşıdakı mövsümdə azarkeşləri sevindirməyə çalışacağıq”

“Kəpəz” Türkiyə hazırlığını yekunlaşdıraraq vətənə qayıdıb.

İdmanxeber.com-un məlumatına görə, komandanın Ərzurumda keçirdiyi məşqlər haqda “sarı-göylər”in qolkiperi Davud Kərimi klubun rəsmi saytına fikirlərini bölüşüb:

“Təlim-məşq toplanışı qaydasında keçdi, bizim yaxşı hazırlaşmağımız üçün gözəl şərait yaradılmışdı. Bunun üçün rəhbərliyə təşəkkür edirəm. Əzmlə, səylə çalışdıq. Məşqlər ağır keçdi. Əsasən fiziki hazırlıq üzərində işlədik. Yoxlama oyunları keçirdik. Görüşlər olan günlərdə də səhərlər məşq edib oyunlara çıxdıq. Yorğunluq fonunda çıxış etdik. Məncə, pis oynamadıq. Bizim üçün əsas olan belə oyunlar yox, çempionat matçlarıdır. Qarşıdakı mövsümdə azarkeşləri sevindirməyə çalışacağıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

“Xəzər Lənkəran” – “Qəbələ” – CANLI YAYIM

admin

“Maribor”un baş məşqçisi: “Qəbələ” hörmətə layiq komandadır”

admin

“Atletiko” yenidən Azərbaycana gələcək

admin