İdman

“Kəpəz”in kapitanını “Keşlə” oyunu öncəsi hansı sürpriz gözləyir?

Azərbaycan Premyer Liqasının 22-ci turu çərçivəsində doğma meydanda “Keşlə”ni qəbul edəcək “Kəpəz”in kapitanı Şəhriyar Rəhimovu oyundan öncə sürpriz gözləyir.

Klubdan İdmanxeber.com-a verilən məlumata görə, millimizin müdafiəçisi oyundan 1 gün əvvəl ad gününü qeyd etmiş olacaq. Doğum gününü diqqətədə saxlayan “Kəpəz” tərəfi, Şəhriyar Rəhimova oyundan bir neçə dəqiqə əvvəl azarkeşlər qarşısında hədiyyə verərək, təbrik edəcək.

Qeyd edək ki, azarkeşlərin sevimlisi olan “Kəpəz”in kapitanı, 2015-ci ildən “sarı göylər”in şərəfini qoruyur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43