Ölkə futbolu

“Kəpəz”in kollektivi Şəhidlər Xiyabanını ziyarət etdi

“Kəpəz” klubunun kollektivi qarşıdan gələn bayramlar öncəsi Şəhidlər Xiyabanını və Fəxri Xiyabanda uyuyan futbol veteranlarının qəbrini ziyarət edib.

İdmanxeber.com-un məlumatına görə, əvvəlcə Fəxri Xiyabanda dəfn olunan dövrünün ən tanınmış uşaq futbol məşqçisi hesab edilən Konstantin Abramenko yad olunub. Yetirmələri Azərbaycan futboluna bir neçə nəsil güclü oyunçu bəxş etmiş mərhum mütəxəsisslə bağlı xatirələrini bölüşüblər. Onun məşq bölməsindən çıxan futbolçuların “Kəpəz” və “Neftçi”yə göstərdikləri böyük xidmətlərdan danışıblar.

Klubun əməkdaşları SSRİ idman ustası, “Dinamo”nun (Gəncə) heyətində öz oyunu ilə azarkeşlərin sevimlisinə çevirilən Nizami Salahovun məzarını da ziyarət ediblər. Mərhum hücumçunun “Dinamo”nun SSRİ çempionatının yüksək liqasına vəsiqə qazanmasındakı rolundan bəhs olunub.

Daha sonra klub rəsmiləri, əvəzedici heyətin məşqçilər korpusu, futbolçular, eləcə də ayrı-ayrı yaş qrupları üzrə komandalarda çalışan məşqçilər Şəhidlər Xiyabanında olub.

Ziyarətin sonunda kollektiv tərəfindən Şəhidlar Xiyabanında müəyyən təmizlik işləri aparılıb, qəbirlərin üstü və ətrafı təmizlənib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43