Ölkə futbolu

“Kəpəz”in oyunu qazaxıstanlı hakimə tapşırıldı

Avropa Liqasının birinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində  keçiriləcək “Kəpəz” – “Daçiya” (Moldova) oyunununa hakim təyinatları açıqlanıb.

İdmanxeber.com-un AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, qarşılaşmanı Qazaxıstanı təmsil edən hakimlər briqadası idarə edəcək.

Baş hakim: Aleksander Gauzer

Baş hakimin köməkçiləri: Sergey Vassyutin, Alibek Aubakirov

Dördüncü hakim: Daniyar Sakhi

UEFA nümayəndəsi: Leonid Kaloşin (Rusiya)

Hakim-inspektor: Aleh Chykun (Belarus)

Qeyd edək ki, iyunun 28-də “Dalğa Arena”da keçirilən oyun saat 2:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43