İdman

“Kəpəz”in yeni hücumçusu biletini aldı, Azərbaycana gəlir – RƏSMİ AÇIQLAMA

Qış transfer pəncərəsində heyətini gücləndirməyə davam edən “Kəpəz” bu həftə içərisində daha bir futbolçu ilə müqavilə bağlayacaq.

İdmanxeber.com-a açıqlamasında Gəncə klubunun mətbuat xidmətinin rəhbəri Azad Rəfi “sarı göylər”in həftə ərzində Şadon Vinçesterlə rəsmi müqavilə imzalayacağını bildirib. 26 yaşlı hücumçu artıq Azərbaycana biletini alıb. Trinidad və Tabaqolu hüücumçu ilə ilkin olaraq mövsümün sonuna kimi anlaşılacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43