Kateqoriyasız

“Keşlə” 5 futbolçusu ilə yolları ayırdı – Rəsmi

 12129 İYUN 2020 / 14:40


“Keşlə” beş futbolçu ilə yolları ayırıb.

İdmanxeber.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Əfran İsmayılov, Tural Bayramlı, Murad Ağayev, Lorenzo Frutos və Franko Floreslə bitən müqavilələr qarşılıqlı razılıq əsasında yenilənməyib.

Qeyd edək ki, buna qədər Vüsal İsgəndərli, Ruslan Əmircanov, Tərlan Quliyev, Azər Salahlı, Con Kamara və Miyusko Boyoviçlə müqavilə müddəti artırılıb, Tural Axundov və Şəhriyar Əliyev isə transfer olunublar.

Ruslan Qurbanov, Slavik Alxasov və Cabir Əmirli isə komandanı tərk ediblər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Azərbaycanla oyun üçün 26 futbolçu – Macarıstanın heyəti

admin

Mahir Emrelinin evi qarət olundu: Araşdırma başlanıldı

admin

Milimiz üçün yeni rəqib

admin