28 Noyabr 2022
Kateqoriyasız

“Keşlə” anqolalı hücumçu ilə yeni müqavilə imzaladı

“Keşlə” hücumçusu Aleksandr Kristovao ilə müqavilə müddətini yeniləyib.

İdmamxeber.az klubun saytına istinadən xəbər verir ki, sözləşmənin  şərtlərinə əsasən anqolalı futbolçu növbəti mövsümün sonunadək paytaxt təmsilçisində çıxış edəcək.

Qeyd edək ki, ölkəmizi yeni mövsümdə Avropa Liqasında təmsil edəcək “Keşlə” buna qədər Vüsal İsgəndərli, Ruslan Əmircanov, Tərlan Quliyev, Azər Salahlı, Con Kamara, Miyusko Boyoviç, Stanislav Namaşko, Rəşad Əzizli və İlkin Qırtımovla müqavilə müddəti artırıb, Tural Axundov, Şəhriyar Əliyev, Cavid İmamverdiyev və Rəhman Hacıyev isə transfer olunublar.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Related posts

“Sabah”dan qələbə, “Zirə” uduzdu

admin

TV AFİŞA: Hansı oyun, hansı kanalda?

admin

“Futbolçularım böyük zəfər qazandılar” – Qurban Qurbanov

admin