29 Sentyabr 2021
Kateqoriyasız

“Keşlə” ilə oyunun əvəzinə Van Dammın filmini yayımladılar FOTO

Rusiyanın “Soçi” komandası Konfrans Liqasının 2-ci mərhələsinin ilk oyunu çərçivəsində “Keşlə”ni 3:0 hesabıyla məğlub edib.

Sözügedən qarşılaşmanı Rusiyadan heç bir telekanal canlı yayımlamayıb. Rusiyanın futbol kanalı “Matç” TV “Soçi” – “Keşlə” matçı əvəzinə Jan-Klod Van Dammın “Qanlı idman” filmini yayımlayıb. Bu, rusiyalı futbolsevərlərin narazılığına səbəb olub.

Rusiyada “Matç” TV-nin sisteminə daxil olan “Futbol 1”, “Futbol 2” və “Futbol 3” telekanallarında isə keçmiş oyunların təkrarı yayımlanıb.

“Soçi” – “Keşlə” matçına “Matç” TV və “Sportbox” saytlarında baxmaq mümkün olub.

“Matç” TV telekanalının əməkdaşı Georgi Çerdanstev bu məsələ ilə bağlı sualların “Soçi” klubuna ünvanlanmalı olduğunu bildirib.

“Keşlə” ilə “Soçi” arasındakı cavab matçı iyulun 29-da, Bakıda olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Renatın “Liverpul”a vurduğu qol və çılğın qol sevinci – Video

admin

“Qarabağ” Ağdamda seçimlərə başladı

admin

Azərbaycanlı hakim koronavirusa yoluxdu

admin