Kateqoriyasız

“Keşlə” legioneri ilə müqaviləni uzatdı

“Keşlə” daha bir futbolçusu ilə müqavilə yeniləyib.

İdmanxeber.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, paytaxt klubu Miyuşko Boyoviçlə sözləşməni uzadıb.

Monteneqrolu müdafiəçi ilə yeni 1 illik müqavilə imzalanıb.

Xatırladaq ki, “Keşlə”də daha öncə Azər Salahlı, Vüsal İsgəndərli, Tərlan Quliyev və Ruslan Əmircanovla da 1 illik müqavilə imzalamışdı. Paytaxt klubu “Neftçi”dən ayrılan Tural Axundovu da transfer edib. Əvəzində Ruslan Qurbanov, Cabir Əmirli və kapitan Slavik Alxasovla yollar ayrılıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Qurban Qurbanov qələbəni şərh etdi

admin

CANLI YAYIM: “Şerif” – “Qarabağ”

admin

Azərbaycan – Uels oyununda məşhur hakim

admin