Kateqoriyasız

“Keşlə” növbəti transferini açıqladı

“Keşlə” növbəti transfer həyata keçirib.

İdmanxeber.az xəbər verir ki, klub rəhbərliyi ilə qapıçı Stanislav Namaşko arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Moldova milli komandasının üzvü olan 33 yaşlı futbolçu ilə müqavilə 1+1 şərti ilə bağlanıb.

10 noyabr 1986-cı il təvəllüdlü Namaşko Moldovanın müxtəlif yaş kateqoriyaları üzrə milli komandalarına dəvət almaqla yanaşı, “Tiraspol” (Moldova), “Şerif” (Moldova), “Kuban” (Rusiya), “Spartak-Nalçik” (Rusiya), “Volqar” (Rusiya), “Dinamo-Avto” (Moldova), AZAL (Azərbaycan), “Levadiakos” (Yunanıstan), “Deçiç” (Montenegro) komandalarında da çıxış etmişdir. Onun son klubu Montenegroda “Zeta” olub. Namaşko “Keşlə”nin baş məşqçisi Tərlan Əhmədovun rəhbərliyi altında AZAL-da çıxış edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

“Bizim başqa yolumuz yoxdur” – Qara Qarayev

admin

Daha 3 komandamız Antalyaya getdi

admin

TV AFİŞA: Hansı oyun, hansı kanalda?

admin