26 Avqust 2019
Ölkə futbolu

“Keşlə” paraqvaylı hücumçşu transfer etdi

“Keşlə” növbəti transferini reallaşdırıb.

İdmanxeber.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə,  Bakı təmsilçisi Lorenzo Frutosu heyətinə qatıb. Paraqvaylı hücumçu ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, 1989-cı il təvəllüdlü Lorenzo Frutosun son klubu Venesuelanın “Deportivo Lara” olub. Bununla yanaşı, o, Paraqvayın “Sol de América”, “Rubio Nu”, “İndependyente” və Salvadorun “Santa Tecla” klublarında çıxış edib.

Xatırladaq ki, “Keşlə” bundan əvvəl Rəşad Əzizli, Ruslan Qurbanov, Franko Flores , Ziya Əzizov, Stanislav Namaşko, İlkin Qırtımov, Emin Mehdiyev, Miyuşko Bojoviç, Sezar Meza Kollini (icarə) transfer edib.

Oxşar xəbərlər

Topaz Premyer Liqasında 570 gün sonra

admin

“İnter”in 4 futbolçusu millidə

admin

“Yarpaq tökümü” davam edir: “Xəzər Lənkəran” iki braziliyalısını göndərir

admin