19 Yanvar 2020
Kateqoriyasız

“Keşlə” Türkiyəyə gedir

Növbəti mövsümün hazırlıqlarına Bakıda başlayan “Keşlə” Türkiyəyə gedəcək.

İdmanxeber.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, komanda iyulun 27-dən avqustun 5-dək davam edəcək təlim-məşq toplanışı Bolu vilayətinin Gerede şəhərində keçiriləcək. “Keşlə”toplanış çərçivəsində 3 yoxlama matçı keçirməyi planlaşdırır. Belə ki, iyulun 31-də komanda Türkiyənin 1 liqa təmsilçisi “Osmanlıspor”la qarşılaşacaq.

Növbəti oyunların avqustun 2-də və 4-də keçirilməsi gözlənilir. Rəqiblər barədə və oyunların başlanma saatları haqqında əlavə məlumat veriləcək.

Oxşar xəbərlər

TV AFİŞA: Günün oyunları bu kanallarda

admin

Milli üzvü oynadı, komandası 3 xal qazandı

admin

“Yurçeviçə sübut edəcəm ki…” – Ruslan Qurbanov

admin