Ölkə futbolu

“Keşlə”dən uğursuz yubiley

“Keşlə” Azərbaycan kubokunda 25-ci məğlubiyyətini alıb. 

İdmanxeber.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, bu uğursuz yubiley 1/4 final mərhələsinin “Qarabağ”la ilk oyununda gerçəkləşib.

Əvvəllər “Xəzər Universiteti” və “İnter” adları altında çıxış etmiş paytaxt təmsilçisi kubokda 96-cı oyununda 25-ci yenilgisini alıb. Hesabında 49 qələbə olan “Keşlə” 50-ci uğurunu cavab qarşılaşmasında əldə etməyə çalışacaq. Hesabında 22 heç-heçə də olan bakılılar 158 qol vurub və 95-ni buraxıb. “Keşlə”nin 25 məğlubiyyətindən 8-i evdə, 14-ü səfərdə, 3-ü neytral meydanda qeydə alınıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

“Neftçi”nin iki futbolçusu əməliyyat olunacaq

admin

“Sabah” “Eskişehirspor”u məğlub etdi -Yenilənib

admin

BİABIRÇILIQ!: Con Toşakı millinin oyununa buraxmadılar – FOTO

admin