Kateqoriyasız

“Keşlə”nin qapıçısı millinin rekordçusudur

“Keşlə”nin qapıçısı Stanislav Namaşko Moldova millisinin heyətində ən çox oyun keçirmiş qolkiperdir.

İdmanxeber.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, son dəfə 2017-ci ildə Gürcüstan millisi ilə qarşılaşmada meydanda olan qapıçı Moldova millisində 45 oyun keçirib.

Həmçinin qapıçı bu oyunların 14-də qapısını toxunulmaz saxlayıb ki, bu da milli komandanın tarixində rekord sayılır.

Stanislav Namaşko Moldova yığmasının heyətində rəsmi oyunlarda 3 dəfə penalti dəf edərək bu göstəricidə birincidir.

Qeyd edək ki, Namaşko 2019-cu ildən Bakı təmsilçisinin şərəfini qoruyur. O, bu mövsüm “Keşlə”nin Azərbaycan Premyer Liqası çərçivəsində keçirdiyi bütün qarşılaşmalarda forma geyinib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Azərbaycan kuboku: “Keşlə” “Qarabağ”a rəqib oldu

admin

Azərbaycan millisi PES 2020-də

admin

Fiqudan final çağırışı: Mən də Bakıda olacam

admin