Kateqoriyasız

“Keşlə” 2019-cu ilə qələbə ilə başladı

“Keşlə” mövsümün ikinci yarısına hazırlıq çərçivəsində bu gün ilk yoxlama oyununu keçirib.

İdmanxeber.az-ın məlumatına görə, Tərlan Əhmədovun komandası birinci divizion təmsilçisi “Qaradağ Lökbatan”la qarşılaşıb.

Türk Hava Yolları Futbol Mərkəzində keçirilən matç “Keşlə”nin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

“Keşlə” – “Qaradağ Lökbatan” – 4:0
Qollar:
 Nikola Mitroviç, 35-pen. Seymur Əsədov, 42, Vüsal İsgəndərli, 45, Andre Klennon, 90


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43