Kateqoriyasız

“Keşlə” “Laçi” səddini keçə bilmədi

Avropa Liqasında I təsnifat mərhələsinin oyunları keçirilir.

Azərbaycanın turnirdəki təmsilçilərindən “Keşlə” də ilk oyununa çıxıb. Yunis Hüseynovun komandası Bakıda Albaniyanın “Laçi” klubunu qəbul edib.

Əsas və əlavə vaxtında hesab açılmadığından duelin qalibini penaltilər seriyası müəyyənləşdirib. Burda daha dəqiq oynayan albaniyalılar 5:4 hesabı ilə qalib gələrək növbəti mərhələyə çıxıb.

Bu, rəqiblərin Avropa Liqasında ikinci duelidi. Bakı təmsilçisi hələ “İnter” adlanarkən – 2015/16 mövsümündə Azərbaycan klubu mərhələni keçən tərəf olub. Bakıdakı 0:0 hesablı heç-heçədən sonra səfərdə 1:1 oynayan komanda II raunda çıxıb.

Avropa Liqası
II təsnifat mərhələsi

27 avqust

21:00. “Keşlə” (Azərbaycan) – “Laçi” (Albaniya) – 0:0 (penaltilər: 4:5)
Qırmızı vərəqələr:
 Şəhriyar Əliyev, 112 – De Oliveyra, 72

Hakimlər: Qoqa Kikaçeyşvili, Davit Qabisoniya, Davit Axvlediani, İrakli Kvirikaşvili (hamısı Gürcüstan)
Bakı. “ASK Arena”

“Keşlə”: 1. Stanislav Namaşko, 2. İlkin Qırtımov (k), 21. Miyuşko Boyoviç, 4. Şəhriyar Əliyev, 19. Azər Salahlı, 25. Con Kamara, 48. Dmitro Klots, 17. Vüsal İsgəndərli, 7. Rəhman Hacıyev, 23. Artur Batista, 42. Aleşandre Kriştovao;
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 3. Tərlan Quliyev, 8. Tural Axundov, 10. Cavid İmamverdiyev, 14. Turan Vəlizadə, 11. Rodriqes Pereyra Junior, 18. Ruslan Əmircanov;
Baş məşqçi: Yunis Hüseynov.

“Laçi”: 31. Alan Şerri, 11. Radolf Türkay, 55. Aleksandar İqnyatoviç (Serbiya), 66. Adolf Selmani, 22. Albon Marku, 8. Lukan Ramos De Oliveyra, 10. Regi Luşkya, 21. Artid Deliu, 7. Redon Cixa, 95. Teko, 9. Kiryan Nvabueze;
Ehtiyat oyunçular: 1. Edmir Sali, 13. Renato Malota, 18. Dorian Kerçiku, 14. Mertor Mazrekay, 23. Donald Rapo, 24. Endrit Marku, 77. Kleydi Rapo;
Baş məşqçi: Armando Kunqu.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43