Ölkə futbolu

“Keşlə” Qazaxıstan klubuna məğlub oldu

Antalyada təlim-məşq toplanışında olan “Keşlə” hazırlıq prosesi çərçivəsində bu gün üçüncü yoxlama matçına çıxıb.

İdmanxeber.az-ın məlumatına görə, Tərlan Əhmədovun çalışdırdığı paytaxt klubu Qazaxıstan təmsilçisi “Atırau” ilə qarşılaşıb. Görüş qazaxların 3:1 hesablı qələbəsi ilə sona çatıb.

“Atırau” Qazaxıstan Premyer Liqasını 33 oyuna topladığı 36 xalla 9-cu pillədə başa vurub.

Əvvəlki yoxlama oyunlarında Özbəkistanın U-23 yığması ilə qolsuz heç-heçə edən “Keşlə” Serbiyanın “Dinamo” (Vranye) komandasına uduzub – 0:2.

Yoxlama oyunu
23 yanvar

17:00. Keşlə – Atırau  1:3

Qol: Nikola Mitroviç, 5

Side, “Starlight Resort Hotel”in futbol meydanı


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43