Ölkə futbolu

“Keşlə” oyunundan sonra istefa verməyim başqa mövzu idi” – Ayxan Abbasov

“Qış fasiləsindən sonra yaxşı çıxış edən “Səbail”ə qarşı oynayacağıq. Bizim üçün çox çətin oyun olacaq”.

Bu sözləri “Səbail” oyunu öncəsi “Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov İdmanxeber.az saytına etdiyi açıqlamada deyib. Abbasov bu oyuna dönüş matçı kimi baxdıqlarını da bildirib:

“Rəqib yaxşı formadadır. Son turlarda aldıqları nəticələr bunun sübutudur. Ancaq bizə də xal lazımdır. Nəticə baxımından sonuncu yerdə olsaq da, oyun baxımından geridə qalmırıq. Qarşıda çətin oyunlarımız var. Oyunçuları hazırkı psixoloji vəziyyətdən çıxartmalıyıq.  Bunun üçün də mütləq xallar qazanmalıyıq”.

Gənc mütəxəssis “Səbail”lə oyundan sonra alınacaq məğlubiyyətin ardından yenidən istefa verib-verməyəcəyindən də danışıb:

“Bu barədə rəhbərliklə bir söhbətimiz olmayıb. “Keşlə” ilə oyundan sonra tam başqa bir mövzuya görə bu qərarı vermişdim. Bu, tamamı ilə klubdaxili bir məsələ idi. Elə həmin gündə həll elədik. Hazırkı vəziyyətdə əl-ələ verərək bu vəziyyətdən çıxmalıyıq”.

Qeyd edək ki, Ayxan Abbasov TPL-nın XVII turunda “Keşlə” məğlubiyyətinin ardından istefa versə da, klub rəhbərliyi bunu qəbul etməmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43