Kateqoriyasız

“Keşlə” Özbəkistan millisinin futbolçusunu transfer etdi

“Keşlə” qış fasiləsi ərəfəsində ilk transferini reallaşdırıb.

İdmanxeber.az klubun Feysbuk səhifəsinə istinadən xəbər verir ki, Şohruh Qadoyev karyerasını paytaxt təmsilçisində davam etdirəcək. “Keşlə” Özbəkistan millisinin üzvü ilə 1,5 illik müqavilə imzalayıb.

27 yaşlı yarımmüdafiəçi karyerasına “Nasaf”da başlayıb. Daha sonra Bəhreynin “Al-Muharraq”, Cənubi Koreyanın “Daejeon Citizen”, həmçinin öz ölkəsində “Buxara” və “Bunyodkor” klublarının da şərəfini qoruyub.

Qadoyev Özbəkistan milli komandasının heyətində 14 oyun keçirib və 1 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43