Premyer Liqa

Qonaqların günü

Bu gün Azərbaycan Premyer Liqasında 19-cu tura start verilib. 

İlk oyun günündə 2 matç keçirilib. “Səbail” doğma meydanda “Keşlə” ilə qarşılaşıb və 0:3 hesabı ilə uduzub.

Günün digər görüşündə isə “Qarabağ” “Sabah”ın qonağı olub və 1:0 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, tura sabah keçiriləcək 2 oyunla yekun vurulacaq.

12 mart (şənbə)

19:00.“Sabah” – “Qarabağ” – 0:1 

Qol: Abdullah Zubir, 30
Hakimlər:
 Fərid Hacıyev, Müslüm Əliyev, Kamran Bayramov, İnqilab Məmmədov
“Bank Respublika Arena”

16:45.“Səbail” – “Keşlə” – 0:3 

Qol: Pərviz Azadov, 17 (0:1), Rəhman Hacıyev, 21 (0:2), Turan Vəlizadə, 90+5
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Cavanşir Yusifov, Kamal Umudlu
“ASCO Arena”

13 mart (bazar)

16:00.“Qəbələ” – “Zirə”
Hakimlər
: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Tural Qurbanov
Qəbələ şəhər stadionu

18:15.“Neftçi” – “Sumqayıt”
Hakimlər
: Rəşad Əhmədov, Rəhman İmami, Rahil Ramazanov, Elçin Məsiyev
“Bakcell Arena”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43