Ölkə futbolu

“Keşlə” “Sabah”a dəymiş ziyanı ödəyəcək – futbolçu şüşəni qırdığı üçün

AFFA İntizam Komitəsinin iclası keçirilib. İdmanxeber.az xəbər verir ki, iclasda Premyer Liqanın 26-cı turunun matçları ilə bağlı qərarlar verilib.

Azərbaycan Premyer Liqasının XXVI turunun “Sabah” – “Keşlə” matçında  “Keşlə” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur.

Oyun başa çatdıqdan sonra “Keşlə” klubunun futbolçusu Edvinas Girdvainis stadionun koridorunun pəncərəsini əli ilə sındırıb. Stadiona dəymiş ziyan “Sabah” klubunun təqdim edəcəyi hesabat əsasında “Keşlə” klubu tərəfindən ödənilsin.

Azərbaycan Premyer Liqasının XXVI turunun “Zirə” – “Qarabağ” matçında “Zirə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur.

Azərbaycan Premyer Liqasının XXVI turunun “Səbail” – “Qəbələ” matçında “Səbail” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43