Ölkə futbolu Premyer Liqa

“Qarabağ” “Sabah”la, “Keşlə” “Sumqayıt”la heç-heçə etdi

Bu gün Premyer Liqada 19-cu tura start veriləcək.

İdmanxeber.az-ın məlumatına görə, ilk gün 2 matç keçiriləcək.

“Keşlə” səfərdə “Sumqayıt”la qarşılaşacaq. Ardınca lider “Qarabağ” “Sabah”ı qəbul edəcək.

29 fevral

18:00. “Qarabağ”– “Sabah” – 0:0
Hakimlər:
 Elçin Məsiyev, Pərvin Talıbov, Qəzənfər Məmmədov, Fərid Hacıyev
Tofiq Bəhramov adına Respublika Stadionu

16:00. “Sumqayıt” – “Keşlə” – 2:2
Qollar: 
Peyman Babayi, 4 (1:0), Vüsal İsgəndərli, 10 (1:1), Rəhim Sadıxov, 59 (2:1), Slavik Alxasov, 80 (2:2)
Hakimlər: Kamal Umudlu, Rahil Ramazanov, Eyyub İbrahimov, Rauf Allahverdiyev
“Kapital Bank Arena”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43