Ölkə futbolu

“Keşlə”də ciddi itki: İli tamamladı

“Keşlə”nin müdafiəçisi Azər Salahlı zədələnərək sıradan çıxıb. “Neftçi” ilə görüşdə zədələnərək meydandan çıxan futbolçunun ayaq pəncəsində qırıq olduğu aşkarlanıb.

Futbolçunun ayağının hazırda gibs olduğu və təxminən 3 həftə bu vəziyyətdə qalacağı bildirilir. Bu isə Azər Salahlının yaşıl meydanlara yanvar ayından tez qayıtmayacağı anlamına gəlir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43