Kateqoriyasız

“Keşlə”də heç bir maliyyə problemi yoxdur” – Açıqlama

O, hər şeyin qaydasında olduğunu bildirib.

İdmanxeber.az-ın məlumatına görə, Bir müddətdir “Keşlə” klubunda futbolçuların və məşqçilər heyətinin maaş ala bilmədikləri və klubda maliyyə problemləri olduğu söylənirdi.. Bu barədə klubun mətbuat xidmətinin rəhbəri Səbuhi Məmmədov saytımıza açıqlama verib:

“Klubda heç bir maliyyə problemindən söhbət gedə bilməz. Oyunçularımız ötən həftə maaşlarını alıblar. Haqqımızda çıxan xəbərlər doğru deyil. Bir günlük fasilənin ardından komandamız növbəti oyunun hazırlığına başlayacaq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43