Kateqoriyasız

“Keşlə”də venesuelalı futbolçu

“Keşlə” heyətinə daha bir oyunçu cəlb edib.

İdmanxeber.az-ın məlumatına görə, venesuelalı futbolçu Angelo Pena ilə yaxın günlərdə müqavilə imzalanacaq. 30 yaşlı yarımmüdafiəçinin sabah ölkəmizə gələcəyi gözlənilir.

Qeyd edək ki, “Braqa”nın sabiq üzvü karyerası ərzində əsasən Venesuela klublardan çıxış edib. O, son olaraq ölkəsində “Mineros de Quayana”da oynayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43