Kateqoriyasız

“Keşlə”dən ayrıldı, “Sumqayıt”a keçdi

“Sumqayıt” növbəti futbolçunun keçidini reallaşdırıb.

İdmanxeber.az klubun saytına istinadən xəbər verir ki, “Keşlə”dən ayrılan Cavid İmamverdiyevlə 1+1 illik müqavilə imzalanıb. 30 yaşlı yarımmüdafiəçi yeni komandasında 22 nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, Cavid İmamverdiyev 2017/18 mövsümündə də “Sumqayıt”da çıxış edib.

Xatırladaq ki, “Sumqayıt” bu yay Tellur Mütəllimov, Elvin Məmmədov, Əli Qurbani, Kərəm Sultanov, Adəm Həmati və Eltun Turabovu da heyətinə cəlb edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43