Kateqoriyasız

“Keşlə”dən ayrıldı, Türkiyə klubuna keçdi

“Keşlə”dən ayrılan Georgios Georgiadis karyerasını Türkiyədə davam etdirəcək.

İdmanxeber.az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi 1-ci liqa təmsilçisi “Elazığspor”a keçib. Georgiadislə mövsümün sonuna qədər müqavilə imzalanıb.

Qeyd edək ki, 2018-ci ilin yayında “Keşlə”yə keçən Georgiadis, bu mövsüm Bakı təmsilçisi ilə 7 qarşılaşmada iştirak edərək, 1 qol vurub. O, ötən ilin dekabrında “Keşlə”dən ayrılıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43