Ölkə futbolu

“Keşlə”nin futbolçusu milliyə dəvət aldı

“Keşlə”nin futbolçusu Ebrima Sohna Qambiya mili komandasına dəvət alıb.

İdmanxeber.az-ın klubun rəsmi “Feysbuk” səhifəsinə istinadən yaydığı xəbərə görə, yarımmüdafiəçi  Qambiyanın AFCON 2019 təsnifat matçı çərçivəsində Əlcəzair milli komandasına qarşı keçiriləcək matçda iştirak edəcək.

Qeyd edək ki, sözügedən oyun sentyabrın 8-də Qambiyada keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43